“Mercedes” piyadanı vurub öldürdü
10 May 2018 16:00 KriminalXəzər rayonunun Xaşaxuna qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 10-da saat 1 radələrində Xəzər rayonunun Xaşaxuna qəsəbəsində Bakı şəhər sakini Əfqan Baxşıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yarmət Xıdırovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31