Bakıda oğru dəstəsi ifşa edilib
11 May 2016 15:03 KriminalBakıda silsilə oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-dən mayın 9-dək olan müddətdə R.Xanlarova məxsus evdən, N.Məmmədova, Y.Tağıyevə məxsus sexlərdən, 78 saylı orta məktəbdən və daş karxanasından 1880 metr elektrik naqili, təmir-tikinti alətləri və inşaat materialları oğurlamış Bakı şəhər sakini Ramin Həsənov, əvvəllər məhkum olunmuşlar, Cəlilabad rayon sakini Teymur Həsənov və Masallı rayon sakini İntiqam Tahirov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31