Pul kisəsini oğurlayanın qolları qandallandı

Bakıda oöurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Aydın Əmiraslanova məxsus içərisində 300 manat və sənəd olan pul kisəsini oğurlamış Lerik rayon sakini Zabil Ağayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31