40 baş qoyun oğurlamış dəstə üzvü tutuldu
11 May 2016 13:55 KriminalBaş Cinayət Axtarışı İdarəsi və Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də Sabirabad rayon sakini Təbiət İbrahimovaya məxsus həyətyanı sahədən 40 baş qoyun oğurlamış qrupun digər üzvü tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğru Bərdə rayon sakini Amin Cəfərovdur. Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31