Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, N. Məmmədova ali məktəblərə test imtahanlarından kənar tələbə qəbul etdirməklə dələduzluq əməli törədib.O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31