Səbaildə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 25-də saat 05 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Akif Cəfərov idarə etdiyi "NAZ Lifan" markalı avtomobili yolun kənarındakı daş hasara vurmuş və hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31