Bakıda mağazadan 120 min manatlıq qızıl oğurlanıb
25 Aprel 2016 15:10 KriminalBakıda mağazadan külli miqdarda qızıl oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Ağdaş RPŞ və Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Gədəbəy rayon sakini Natilə Tağıyevaya məxsus mağazadan 120000 manat dəyərində qızıl əşyalar oğurlamış Ağdam rayon sakinləri Bəhruz Hüseynov və Pərviz Paşayev tutulmuşlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31