Avtomobil vuran piyada ölüb

Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 25-də saat 01 radələrində Nəsimi rayonunun A.Məhərrəmov küçəsində Bakı şəhər sakini Kamil Xanəliyev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və həmin şəxs hadisə yerində ölmüşdür. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31