Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
25 Aprel 2016 12:35 KriminalAzərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşından Belarusun aksiz markası ilə markalanan 26600 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31