Lənkəranda avtomobil telefon dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 22-də saat 16.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Bədələn kənd sakini, 1988-ci il təvəllüdlü Tacəddin Zakir oğlu Baxşıyevin idarə etdiyi "VAZ-2108" markalı, 44 BS 718 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı telefon dirəyinə çırpılıb. Güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü və sərnişinı, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fikrət İsmixan oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara müvafiq tibi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir. İlkin versiya kimi, qəzanın yağışlı havada yolun sürüşkən vəziyyətə düşməsi səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31