Şəmkirdə maskalılar evə basqın etdilər
22 Aprel 2016 14:43 KriminalŞəmkirdə qadına qarşı quldurluq edilib. Şəmkir rayonu Təzəkənd kəndində quldurluq hadisəsi baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, naməlum şəxslər kənd sakini Vera Məmmədovanın yaşadığı mənzilə maskalı halda daxil olaraq ona hədə-qorxu gəlib və qadının 130 manat nəğd pulunu, xeyli qızıl-zinət əşyalarını və mobil telefonunu ələ keçiriblər. Hələlik quldurluq edənlərin kimliyi məlum deyil. Hüquq-mühafizə orqanları bu istiuqamətdə tədbirləri davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31