17 evi qarət edən dəstə zərəsizləşdirilib
21 Aprel 2016 15:06 KriminalBakı şəhərində mənzilləri qarət edən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlamış, habelə 2 mənzildən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31