Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 12 kv.m olan mağazanın əşyaları 0,5 kv.m və lambirdən ibarət divar 2 kv.m sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31