Zaqatalada 5 otaqlı ev yanıb
19 Aprel 2016 16:37 KriminalZaqatala rayonu, Gözbarax kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kv.m sahədə və mətbəx əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31