Neftçalada qardaş qardaşı güllələyib

Naftşala rayonunda qətl hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31