Keçmiş məhkumdan 1 kq marixuana götürülüb

Ağcabədi sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin İsmayılovdan 1 kiloqram marixuana və 0,5 qram heroin götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunması müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31