Azərbaycanlılar Gürcüstana yarım milyonluq qızıl keçirmək istədilər
19 Aprel 2016 14:35 KriminalAzərbaycanlılar Gürcüstan ərazisinə qanunsuz olaraq yarım milyon dollar qiymətində qızıl keçirmək istəyiblər. Anspress bildirir ki, saxlanılan şəxslər ən yüksək əyarda olan 12 kiloqram qızılı və 131 min 950 dolları Gürcüstana keçirən zaman tutulub. Qızılların dəyəri təxminən 490 min dollar dəyərində qiymətləndirilir. Gürcüstan maliyyə nazirliyinin istintaq xidmətinin məlumatında deyilir ki, "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsində (Gürcüstan-Azərbaycan sərhədi) Bayram Gəncəliyev və Elman Hüseynov avtomobilin saxlanc yerində pulları və qızılları gizli keçirməyə cəhd göstəriblər. Qanunu pozan şəxslər həbs olunublar. Qızıl və pul maddi sübut kimi götürülüb. Cinayət işi "Gürcüstan gömrük sərhədindən malların keçirilməsi ilə bağlı qaydaların pozulmasına cəhd" maddəsi ilə başlanılıb. Saxlanılan şəxsi 8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.