Quldurluqda təqsirləndirilən gənclərə 18 İL HƏBS
8 Aprel 2016 17:58 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bakı şəhər sakinlər 1992-ci il təvəllüdlü Elman Məmmədov və 1993-cü il təvəllüdlü Fərid Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki gənc 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakinlərinə qarşı quldurluq edib. Bununla bağlı zərərçəkən polisə məlumat verib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Məmmədov və Fərid Məmmədli saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə ittiham verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31