Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb
8 Aprel 2016 16:09 KriminalTovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş 3 adda 10800 ədəd siqaret aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31