Piyadanı vurub qaçan sürücü saxlanıb
8 Aprel 2016 14:31 KriminalAbşeron rayonunda piyadanı vurub qaçan sürücü saxlanıb. DİN-dən verilən məlumata görə, aprelin 6-da saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Səriyyə Əliyeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Abşeron RPİ əməkdaşları tərəfindən hadisənin "Mercedes" markalı avtomobilin sürücüsü Xırdalan şəhər sakini Namizəd Lətifov tərəfindən törədilməsi müəyyən edilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31