5 mənzili qarət edənlər ələ keçiblər

DİN-dən verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ramin Əmənovun və Samid Ağayevin ətrafında Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların cari il yanvarın 22-dən martın 9-dək olan müddətdə daha beş mənzildən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib. Həmçinin Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Taleh Paşayevə məxsus kafedən pul oğurlamış Salyan rayon sakini Maqsud Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31