Bacısını öldürdü, kürəkənini isə yaraladı
8 Aprel 2016 14:29 KriminalPaytaxtda qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 7-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmirəli Cavadov evində münaqişə zəminində bacısı İzzət Cavadovaya və onun əri Vüsal Cavadova bıçaqla xəsarət yetirib. Nəticədə İ.Cavadova hadisə yerində ölmüş, V.Cavadov isə xəstəxanaya yerləşdirilib. S.Cavadov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31