Mənzilləri qarət edən dəstə saxlanıb
8 Aprel 2016 14:28 KriminalBakıda mənzil oğurluğu ilə məşğul olan dəstə zərəsizləşdirlib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini Nahidə İsgəndərovaya məxsus evdən məişət əşyası oğurlamış həmyerliləri Aslan Əlizadə, Elxan Əzimov və Niyaməddin Nəsibov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 25-də Mübariz Əkbərova məxsus evdən 200 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31