Dələduz 7 il yarım cəza aldı
4 Aprel 2016 16:25 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb Nağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Nağıyev 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Nağıyev ötən il dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31