Aprelin 3-də saat 08 radələrində Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib. DİN-dən verilən m\lumata görə, nəticədə evin qapı və pəncərə çərçivələri dağılmış, E.Mehdiyevin arvadı Günay xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31