Yük avtomobilinin starterini sökən şəxslər yaxalanıb

Qaradağ rayonunda maşınlara qənim kəsilmiş şəxslər tutulub. DİN-dən verilən məlumata görə, aprelin 3-nə keçən gecə Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini Xasay Əliyevə məxsus "Shacman" markalı 2 avtomobilin starterləri sökülərək oğurlanıb. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Sərxan Bəkirov və Orxan Babayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31