Sabirabadda 4 otaqlı ev külə dönüb
1 Aprel 2016 16:41 KriminalSabirabad rayonu, Zəngənə kəndində vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə allar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31