Ağdaşda 6 otaqlı ev yanıb

Ağdaş rayonu, Ərəb kəndində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 320 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31