Qətl törədən şəxsin məhkəməsi başlayıb
1 Aprel 2016 16:02 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əsgər Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi aprelin 6-da davam etdiriləcək.
Qeyd edək ki, Ə. Sultanov münaqişə zəminində Təhməz İsmayılov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. Ə. Sultanov ilkin ifadəsində bildirib ki, T. İsmayılov onun anasının telefonuna zəng edərək narahat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31