Şirkəti qarət etdi, müşahidə kamerasını da özü ilə apardı
31 Mart 2016 14:57 KriminalBakıda şirkətdən oğurluq edən şəxs tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Həsən Həsənova məxsus turizm şirkətinin ofisindən 2700 manat və müşahidə kamerası oğurlamış həmyerlisi Zöhrab Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31