Qayın bacısından boşanmaq istəyən yeznəsini bıçaqladı

Göyçay rayonunda qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. "Olaylar" xəbər verir ki, rayon sakini, 30 yaşlı Müşfiq Allahverdiyev ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısının əri, Potu kənd sakini 30 yaşlı İlqar İsgəndərova döş qəfəsi və ayaq nahiyəsindən 3 bıçaq xəsarəti yetirib. Hadisə İlqar İsgəndərova məxsus məişət avadanlıqları mağazasının qarşısında baş verib. Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Hadisəyə İlqar İsgəndərovun Müşfiq Allahverdiyevin bacısı olan həyat yoldaşı ilə aralarındakı ailə münaqişəsindən sonra boşanma üçün məhkəməyə müraciət etməsi səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31