Piyadanı vurub qaçan sürücülər axtarılır

Martın 28-də saat 15 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Günel Abbasova vurulub. DİN-dən verilən məlumata görə, G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən hadisənin "Mercedes" markalı avtomobilin sürücüsü - Lənkəran şəhər sakini Rahim Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Martın 29-da saat 17 radələrində isə Nərimanov rayonunun N.Yusifbəyli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qurbanəli Məmmədov vurulub. Q.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31