İki nəfəri bıçaqlayan şəxs tutulub

Sumqayıt polisi iki nəfəri bıçaqlayan şəxsi ələ keçirib. "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Zaur Bayramova və Aydın Əliyevə bıçaqla xəsarət yetirmiş Ceyhun Əliyev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 24-də şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi "Toyota" markalı avtomobilə odlu silahdan (tüfəngdən) atəş açması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31