İqtisadiyyat

Tonlarla Azərbaycan soğanı Rusiyaya buraxılmadı

5 İyun 2018 14:23

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilmə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.

Nazir müavini: "Neftin qiymətindən asılı olmayaraq islahatlar davam edəcək"

5 İyun 2018 13:39

"Dünya bazarında neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdiriləcək". Bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının artımını 2% proqnozlaşdırır

5 İyun 2018 13:15

Dünya Bankı bu il Azərbaycanın iqtisadiyyatının artımını 2%, gələn il üçün artımını isə 3-4% arasında proqnozlaşdırır.

Nazir müavini: "Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində islahatlar davam edəcək"

5 İyun 2018 12:43

"Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatı üçün rolu önəmlidir. Bu sahədə islahatlar davam edəcək". Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə bildirib.

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılır

5 İyun 2018 11:39

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir.

Prezident 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

4 İyun 2018 18:40

Prezidentİlham Əliyev iyunun 4-də “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılır

4 İyun 2018 18:22

İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir.

Ukraynada Azərbaycan Ticarət Evi açılır

4 İyun 2018 17:51

İyunun 20-23-ü tarixlərində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada səfərdə olacaq.

İyunun 5-nə manatın məzənnəsi

4 İyun 2018 17:19

İyunun 5-nə manatın məzənnəsi açıqlanıb.

Azərbaycanın bu il üçün proqnozlaşdırılan şərab ixracının həcmi açıqlanıb

4 İyun 2018 15:49

Bu il 6 milyon dollara yaxın şərab ixracı həyata keçirilə bilər.