Azərbaycan qaz ixracatçısı ölkəsinə çevrilir
5 İyun 2018 14:06 İqtisadiyyatCənub Qaz Dəhlizi bi sahədə ciddi əhəmiyyətə malikdir
Bu gün Azərbaycan müstəqil dövlət olaraq neft və qaz siyasəti həyata keçirir. Yürüdülən siyasət deməyə əsas verir ki, yalnız müstəqi dövlətlər və xalqlar öz təbii ehtiyatlarından səmərəli şəkildə istifadə edə bilər. Hazırda müstəqi Azərbaycan nəhəng layihələrin müəllifi və təşəbbüskarı olmaqla Avropanın enerji xəritəsini yenidən tərtib etməkdədir. Azərbaycanın həyata keçirdiyi ən mühüm hadisələrindən biri Cənub Qaz Dəhlizinin rəsmən fəaliyyətə başlamasıdır. Lahihə çərçivəsində "Şahdəniz- 2" çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Dünyanın gündəliyində çox ciddi dayanan enerji təhlükəsizliyində önəmli yer tutan Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi elə dünyanın diqqətini özünə cəlb etmiş oldu. Xatırladaq ki, sözügedən Cənub Qaz Dəhlizi ölkəmiz üçün kifayət qədər siyasi və iqtisadi əhəmiyyətə malikdir. Nəzər alaq ki, bu layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya kimi yeddi ölkənin birbaşa marağı var. Gələcəkdə üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi bu layihəyə qoşulacaqları nəzərdə tutulur. Həmçinin on bir şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. Bu is o deməkdir ki, on bir qaz alıcısı böyük yeni qaz həcmlərinn alınmasına cəlb olunacaq. Bununla da geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə gələcəkdə nəinki energetika sahəsində, digər sahələrdə də Azərbaycanla Avropa və region dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Eyni zamanda, Cənub Qaz Dəhlizi öz miqyası və Avropa və dəhliz marşrutu boyunca yerləşən ayrı-ayrı ölkələr üçün əhəmiyyəti baxımından əlamətdar bir layihədir. Bu dəhliz Avropaya enerji diversifikasiyasının böyük yeni mənbəyini təklif edəcək. Bu isə Avropa ölkələrinin iqtisadiyyatına müsbət təsir göstəri ilə yadda qalacaq. Digər tərəfdən layihə tranzit əraziyə malik ölkə hökumətləri, enerji şirkətləri və qaz alıcıları arasında razılıq və anlaşma mühiti yaradacaq ki, bu da öz növbəsində Azərbaycan və digər ölkələrdə hətta daha böyük qaz həcmlərinin işlənməsini stimullaşdıracaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi neft-qaz sənayesi tarixində indiyə qədər həyata keçirilmiş ən böyük layihədir. Layihənin geniş miqyaslılığı bir necə faktorla şərtlənir. Təkcə layihənin icra olunması üçün 40 milyarda qədər investisiyanın tələb olması özlüyündə hər şeyi demiş olur. Altı ölkənin ərazisindən keçməklə, 7 ölkəni təmsil edən 15 şirkətlə qaz satış müqavilələrinin imzalanması dediklərimizi bir daha sübut etmiş olur. Bununla da layihə miqyasına görə iqtisadi və siyasi əhəmiyyət malik olması təsdiqini tapmış olur. Layihənin siyasi əhəmiyyəti ondan ibarətdir ki, dəhliz Avropanın enerji xəritəsində və enerji istehlak səbətinə yeni mənbələrin daxil olması ilə müşahidə olunur. Azərbaycana gəldikdə isə mövcud qaz yataqları ilə bağlı uzunmüddətli iqtisadi gəlirin əsası qoyulmuş olur. Bu isə gələcəkdə yeni yataqların işlənməsi və əldə edilən neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması baxımından ciddi əhəmiyyətə malikdir. Bu isə öz növbəsində ölkəyə əlavə gəlirin gəlməsinə zəmin yaratmış olur. Məlum olduğu kimi Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir. Belə bir halda neft və qaz ehtiyatlarının xaric bazarlara çıxarılması üçün belə enerji tranzit kəmərlərinin reallaşdırılması zəruridir. Belə layihələrin ilki Bakı-Tbilisi-Çeyhan kəməri idi ki, faktiki olaraq Xəzər hövzəsini dünya ölkələri ilə əlaqələndirməyə nail oldu. Cənub Qaz Dəhlizi də Xəzərin karbohidrogen ehtiyatlarını ilkin mərhələdə Türkiyə, daha sonra isə Avropaya çatdırılması üçün əhəmiyyətli hesab olunur.
Cənub Qaz dəhlizi istehsalçı ölkə olaraq həm Azərbaycan, həm də istehlakçı olan Avropa üçün qaz resurslarının şaxələndirilməsi baxımından əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir: "Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib". Nəzərə almaq lzımdır ki, Azərbaycan istehlakçı ölkə olaraq öz qaz ehtiyatlarını fərqli bazarlara çıxarmaqda maraqlıdır. Boru kəmərlərinin şaxələndirilməsi də məhz gələcəkdə qaz resurslarının dünya bazarına çıxarılması zamanı gözlənilən təzyiq vasitələrini ertələmək məqsədi güdür. Şübhəsiz ki, Azərbaycanın Avropaya idxal edəcəyi 20 milyard kub metr qaz bu ölkələr üçün böyük əhəmiyyətə malikdir. Avropanın ümumi istehlak səbətində bu rəqəm o qədər böyük görünməsə də, ayrı-ayrı ölkələrin istehlak səbətində ciddi dəyişikliklərə səbəb olacaq. Nəticədə Avropa ölkələri öz qaz təchizatlarının bir mənbədən almasına son qoyulacaq. Cənub Qaz Dəhlizinin Avropa Birliyi üçün əhəmiyyəti ilkin mərhələdə ixrac ediləcək 10 milyard kub metrlə məhdudlaşmayacaq. Bu dəhlizin AB üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, indiyə qədər olan mənbələrdən asılılıq aradan qalxmış olacaq. Gələcəkdə bu kəmər vasitəsilə Azərbaycanın "Şahdəniz-2" yatağından kənar mənbələrdən -Türkmənistan, İran, Şimali İraq kimi ölkələrin qaz ehtiyatlarının Avropaya ixracı üçün yeni infrastrukturun qurulmasına ehtiyac olmayacaq. Beləliklə qətiyyətlə demək olar ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dünya qaz bazarında rolunu artırır. Məlum olduğu kimi bu günə qədər Azərbaycan dünya enerji bazarında neft ixracatçısı kimi tanınırdı. "Şahdəniz-2" layihəsi ilə Azərbaycan artıq əhəmiyyətli həcmdə qaz ixracatı ölkəsinə çevrilmiş olur. Bununla Azərbaycan Avropa ölkələrində yeni mövqelər əldə etmiş olacaq.
Alim