Nazir müavini: "Neftin qiymətindən asılı olmayaraq islahatlar davam edəcək"
"Dünya bazarında neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdiriləcək". Bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
5 İyun 2018 13:39 İqtisadiyyat"Dünya bazarında neftin qiymətindən asılı olmayaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün islahatlar davam etdiriləcək".
Bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
"Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini görürük. Qeyri-neft sektorunun inkişafı üçün aparılmış islahatlar öz bəhrəsini verir. Belə ki, Sənaye Parklarına 2,5 mlrd. dollar sərmayə cəlb edilib",- o deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31