Ukraynada Azərbaycan Ticarət Evi açılır
İyunun 20-23-ü tarixlərində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada səfərdə olacaq.
4 İyun 2018 17:51 İqtisadiyyatİyunun 20-23-ü tarixlərində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada səfərdə olacaq.
Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.
Məlumata görə, səfər zamanı nazir Şahin Mustafayev Ukraynada bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-Ukrayna iqtisadi və ticarət əlaqələrinin indiki səviyyəsi və perspektivləri müzakirə olunacaq.
Səfir qeyd edib ki, hazırda sözügedən səfər hazırlıq işləri görülür.
Onun sözlərinə görə, səfər zamanı Şahin Mustafayev Kiyevdə inşa edilən Azərbaycan Ticarət Evi ilə də yaxından tanış olacaq.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31