Prezident 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Prezidentİlham Əliyev iyunun 4-də “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Prezidentİlham Əliyev iyunun 4-də "Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

"Report" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31