İqtisadiyyat

Sabah Türkiyədə TANAP-ın açılış mərasimi keçiriləcək

11 İyun 2018 14:20

Sabah Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Əskişəhərdə baş tutacaq açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, boru kəmərində pay sahibləri, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcək.

Azadlıq Meydanında hərəkət məhdudlaşdırılır

11 İyun 2018 12:55

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.

Ramin Quluzadə: "Bakı-Tbilisi-Qars dəmir yolu region üçün strateji əhəmiyyətə malikdir"

11 İyun 2018 12:11

"Bakı-Tbilisi-Qars dəmir yolu region üçün strateji əhəmiyyətə malikdir". Bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisinin açılışında deyib.

Zəhərlənən pambıqçılardan XƏBƏR VAR

11 İyun 2018 10:35

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən 24 işçinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Bu barədə  Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 24 nəfərdən 20-si artıq evə buraxılıb: "Xəstəxanaya zəhərlənmə ilə 24 nəfər gətirilmişdi. Onlardan 2 nəfərin vəziyyəti yaxşılaşıb. Öz istəkləri və həkim rəyi ilə evə - ambulator müalicəyə buraxılıblar. 18 nəfər isə hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir. Onlardan 2 nəfərin vəziyyəti stabil olaraq qalır. 16 nəfərin vəziyyəti isə qənaətbəxşdir, günün sonuna kimi onların da evə buraxılacağı gözlənilir".

“Azərkosmos”da YENİ TƏYİNATLAR

11 İyun 2018 10:32

“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib. Bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Menaqarişvili: "TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək"

10 İyun 2018 20:31

TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək. Trend-in məlumatına görə, bunu "Sputnik-Georgia"ya müsahibəsində Gürcüstanın sabiq xarici işlər naziri İrakliy Menaqarişvili deyib.

Bu il Bakı-Gəncə sürət qatarı istifadəyə veriləcək

9 İyun 2018 21:15

Bu ilin sonunadək Bakı və Gəncə şəhərləri arasında sürət qatarı istifadəyə veriləcək. Bunu bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında bildirib.

Diqqət: Bunu edən sürücülər cərimələnə bilər!

9 İyun 2018 10:29

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki pasportunda göstərmək lazımdır. Əks halda bunu edən sürücü cərimlənə bilər.

TAP konsorsiumu: “İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcəyik”

8 İyun 2018 18:55

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin inşası ilə məşğul olan TAP konsorsiumu İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcək.

Qazaxda yol tikintisinə 3,3 milyon manat ayrılıb

8 İyun 2018 18:32

Prezident Əliyev Qazax rayonunun Qazax–Uzuntala (9 km) –Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan maşın bazarında qiymətlər üç aydan sonra artmağa başlayıb

8 İyun 2018 17:13

Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.