Azadlıq Meydanında hərəkət məhdudlaşdırılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.
11 İyun 2018 12:55 NəqliyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.