Uilyam Gil: "ABŞ TANAP-ın açılmasından məmnunluq duyur"
8 İyun 2018 17:15 İqtisadiyyat"ABŞ Trans-Anadolu qaz kəmərinin (TANAP) açılmasından məmnunluq duyur".
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil deyib.
O, ABŞ-ın lap əvvəldən layihəni dəstəklədiyini qeyd edib: "Bu dəstək həm də TANAP-ın tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin açılış mərasimində də göstərilib. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın, eləcə də beynəlxalq maliyyə fondlarının layihəyə böyük dəstək verdiyini qeyd edib".
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31