Metyu Brayza: "Əgər hökumətlərarası sazişlər imzalanıbsa, onlar TAP layihəsini necə dayandıra bilərlər?!"
8 İyun 2018 17:58 İqtisadiyyat"Ölkə arasında hökumətlərarası saziş imzalanıbsa, onların layihəni necə dayandıra biləcəklərini bilmirəm".
Bunu "Report"a Atlantika Şurasının eksperti, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza İtaliyanın yeni hökumətinin Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə dair sazişi yenidən nəzərdən keçirmək niyyətində olmasıyla bağlı məlumatı şərh edərkən deyib.
O eyni zamanda bu addımın arxasında Rusiyanın təsirinin ola biləcəyini istisna etməyib və fikrini İtaliyanın yeni hökumətinin Rusiyaya daha çox meyl etməsilə əlaqələndiri: "İtaliyanın yeni hökumətinin məhz bu layihəni "hədəfə alması" qəribədir".
Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin "Report"a bildirib ki, bu məsələni araşdırmazdan əvvəl konkret sənədlərə baxmaq lazımdır: "Görünür, İtaliya hökuməti seçki kampaniyasına əsasən bəyanatlar verir. Təşkilatımıza gəlincə, biz konkret sənədlər və təkliflərlə işləyirik".