Azərbaycan maşın bazarında qiymətlər üç aydan sonra artmağa başlayıb
Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.
8 İyun 2018 17:13 İqtisadiyyatAzərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1% artıb.
Rəsmi statistikaya əsasən, mayda 1 minik avtomobili üçün orta qiymət 34 371 manat, velosiped üçün isə 163 manat təşkil edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31