İqtisadiyyat

Regional proqramlar Qarabağ zonasında sosial-iqtisadi inkişafı sürətləndirib

21 Avqust 2018 14:53

Günümüzdə respublikamızda müşahidə edilən sosial-iqtisadi inkişaf ölkənin hər bir bölgəsinə, şəhər və rayonuna, hətta ucqar dağ kəndinə belə sirayət edib. Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, inkişafdan, tərəqqidən geri qalsın. Təbii ki, bu inkişafda 2004-cü ildən uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi payl və çəkisi var.