"Bakmil" stansiyası Qurban bayramında və istirahət günlərində də adi qaydada işləyəcək
21 Avqust 2018 16:22 İqtisadiyyatQurban bayramında, avqustun 22-23-ü tarixlərində və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək. "OLAYLAR" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qurum sərnişinlərin nəzərinə çatdırır ki, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.
Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.
Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.