Rusiya Türkiyəni nümunə götürdü - ABŞ-a embarqo tətbiq etdi

Rusiya ABŞ-dan elektron qurğuların və ikili təyinatlı ehtiyat hissələrinin idxalından imtina edəcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aleksey Kondratyev deyib.

Onun sözlərinə görə, Rusiya bu məhsulları üçüncü ölkələrdən alacaq: "Rusiyaya qarşı sanksiyaları nəzərə alaraq, biz bu məhsulları üçüncü ölkələrdən, xüsusilə Çindən alacağıq".

Qeyd edək ki, avqustun 22-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya paketi qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31