Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bütün bölgələri əhatə edir

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı  "Regionların soqial-iqtisadi inkişafı dövlət proqramları Biləsuvar rayonunun inkişafına səbəb olmuşdur. Belə ki, bu dövrdə rayondaa ümumi məhsul buraxılışının həcmi  131.8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  çoxdur. Bu ilin birinci yarısında əsas  kapitala yönələn  investisiyalar 11.6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 135.5 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1283 manat, orta aylıq əmək haqqı isə  295 manat olmuşdur. 2018-ci ilin altı ayında rayon əhalisinin gəlirləri 154.6 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 1505.3 manata çatmışdır. 2018-ci ilin birinci yarısında  rayon üzrə  310 yeni iş yeri yaradılıb.

Regionların soqial-iqtisadi inkişafı dövlət proqramları sayəsində Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsində aparılan mütərəqqi  dəyişikliklər inkişafa səbəb olmuşdur. Belə ki, Biləsuvar rayonu üçün ənənəvi sahə olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün əsaslı işlər görülmüşdür. Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və  24762.0 ton məhsul toplanmışdır ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir". Bu fikirləri Biləsuvar rayon Gənclər və İdman İdarəsi, gənclər sahəsi üzrə aparıcı məsləhətçi Elnur Hüseynli bildirib.
Elnur Hüseynov bildirir ki, məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuş,  əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.
"2018-ci ildə də rayonda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektarda  pambıq əkilmişdir ki, bunun da  3440.8 hektarı "MKT İK" MMC, 3682.5 hektarı "Azərpambıq" MMC, 1310.2 hektarı rayon  Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi  mülkiyyətçilər tərəfindən həyata keçirilmişdir.Biləsuvar rayonunda digər kənd təsərrüfatı sahələrinin də inkişafı durmadan davam edir. 2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında 15453 hektarı buğda, 14043 hektarı isə arpa olmaqla ümumilikdə 29496 hektar payızlıq dənli bitkilər əkilmişdir.Sahələrdən 82381 ton məhsul əldə edilmişdir ki, bunun da  45353 tonunu buğda,  37028 tonunu arpa bitkisi təşkli etmişdir.Hər hektardan məhsuldarlıq 27.9 sentner olmuşdur ki, bu da ötən ilki məhsuldarlıqdan çoxdur.
Bundan əlavə   yazlıq əkinlər üzrə 1898  hektar tərəvəz, 700 hektar çəltik, 686 hektar şəkər çuğunduru, 527 hektar günəbaxan, 472.2 hektar qarğıdalı, 304 hektar kartof, 113.5 hektar bostan bitkiləri  əkilmişdir. Heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 41.8 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 140 min  başa çatdırılmışdır. Bu dövrdə   ət istehsalı 3517 ton,  süd istehsalı 13601 ton olmuşdur.

Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayon da yaradılmış "Yaşıl ada" Aqroparkında ötən dövr ərzində bir sıra işlər görülərək  6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası  alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Aqroparkda əkilmiş 530 hektar  buğda və 764 hektar  arpa məhsulu biçilərək yüksək məhsuldarlıq əldə olunmuşdur.Bu il əlavə olaraq 519.5 hektar sahədə  pambıq və 70 hektar sahədə şəkər çuğunduru əkilmişdir".
Elnur Hüseynli qeyd edir ki, "Aqroinvestment GreenFirm" MMC və "RULEX" MMC aqroparklarında  hazırda  sahələrin əkinə hazırlığı ilə bağlı meliorativ işlər aparılır, lazımi maddi-texniki bazanın yaradılması istiqamətində görülən tədbirlər davam etdirilir.

"Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən aqrokimya laboratoriyalarının fəaliyyətinin yenidən təşkilinə də ciddi fikir verilmişdir. Ölkədə torpağın, suyun və gübrənin analizlərinin həyata keçirilməsi, habelə ağır metallarla çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə 11 regional aqrokimya laboratoriyası müasir standartlar əsasında yenidən qurulmuş və müasir avadanlıqlarla təmin olunmuşdur. Bu laboratoriyaların

müvafiq tələblərə uyğun bilik və bacarıqlara malik işçilərlə komplektləşdirilməsi başa çatdırılıb, xarici ekspertlər cəlb olunmaqla yerlərdə təlimlərin keçirilməsi, eləcə də işçilərin xaricdə kurs keçmələri istiqamətində tədbirlər reallaşdırılıb. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən regional aqrokimya laboratoriyalarına şəffaf qaydada, müsabiqə yolu ilə kadrların seçilməsi işləri aparılır.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin maddi-texniki bazasının gücləndirilməsinə diqqət artırılmışdır. Bunun da nəticəsində 2017-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı heyvanları arasında epizootik plan əsasında həyata keçirilən profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər baytarlıq tədbirləri nəticəsində heyvanların sağlamlığı və ölkə ərazisinin epizootik sabitliyi qorunub saxlanıb. Əhalinin təhlükəsiz və sağlam heyvandarlıq məhsullarından istifadəsi üçün Respublika Baytarlıq Laboratoriyasında xəstəliklərin müayinəsi ilə yanaşı, heyvandarlıq məhsullarının təhlükəsizliyinin müayinəsi üçün yeni laboratoriya şöbələri yaradılıb, müasir avadanlıqlar alınaraq istifadəyə verilib".

Qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq, regionlarda toxuculuğun inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan Elnur Hüseynli qeyd edir ki, yüksək məhsuldarlıq elit toxumçuluğun inkişafı ilə bağlıdır. "Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində 12 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası və Mərkəzi Toxum Sertifikatlaşdırma Laboratoriyasının yaradılması tədbirləri davam etdirilməkdədir. Artıq 9 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının tikintisi və maddi-texniki bazasının təminatı başa çatıb. Digər 3 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının maddi-texniki bazasının isə ilin sonunadək yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən aqrar sahənin strateji və ölkəyə valyuta gətirən pambıqçılıq, tütünçülük, meyvəçilik, tərəvəzçilik, şərabçılıq, baramaçılıq və s. sahələrdə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışının həcminin artırılmasına görə yüksək göstəriciyə malik sahələrdən biridir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin ardıcıl dəstəyi sayəsində ölkədə həmin sahələr öz keçmiş şöhrətini bərpa edə bilib. 2016-cı ildən etibarən Azərbaycanda həmin sahələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimizin ölkənin göstərilən istiqamətlərdə potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına, bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən edib. Eyni zamanda, bu vəzifənin reallaşdırılması üçün konkret dövlət dəstəyi göstərilmişdir".

"Bütün bunlarla yanaşı, xüsusilə qeyd etmək istərdim ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işləri aparılmış, burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Dövlət başçımızın Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində müvafiq infrastrukturun tikintisi, yeni iş yerlərinin təşkili üçün tədbirlər görülmüşdür.

Beləliklə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən hazırlanmış Dövlət Proqramlarının həyata keçirilməsi ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin yaratmışdır. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ hüquqi baza getdikcə təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçid başlanıb".

Regionların soqial-iqtisadi inkişafı dövlət proqramları sayəsində Biləsuvar rayonunda aparılan yenidənqurma işləri turizmin inkişafına da dəstək verdiyini bildirən Elnur Hüseynli qeyd edir ki, rayonda  aparılan  tikinti,  abadlıq və quruculuq  işləri aparılmış, Olimpiya Idman Kompleksi,Heydər Əliev Mərkəzi, Bayraq Muzeyi və Gənclər Mərkəzi tikilmişdir.

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bütün bölgələri əhatə etmiş və bu inkişaf qisa müddətdə Azərbaycanı dünya ölkələri sırasında yüksək pillələrdə yer tutmasına səbəb olmuş, dayanıqlı inkişaf, rəqabətqabiliyyətli, sosialyönümlü ölkə kimi tanınmasına səbəb olmuşdur".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31