Çin ABŞ-ın "ticarət müharibəsin"nə cavab verməyə hazırlaşır

Çin hökuməti ABŞ-ın Çindən idxal olunan 16 milyard dollarlıq məhsula 25 faiz həcmində ikinci rüsum paketi tətbiq etməsi ilə əlaqədar etirazını bildirib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin cümə axşamı verdiyi bəyanata görə, Pekin cavab tədbirləri görmək məcburiyyətindədir.

"Çin bununla əlaqədar qəti etirazını bildirir və buna zəruri cavab tədbiri görməli olacaq", - deyə idarənin məlumatında bildirilir. (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31