Dövlətdən dotasiya alan AZAL-ın borcları günü-gündən artır

Qurumun idarəedilməsində yenilik nə vəd edir?

Qurumun idarəedilməsində yenilik nə vəd edir?

Azərbaycanda mövcud olan iri vergi ödəyicilərinin fəaliyyətini heç də effektli hesab etmək olmaz. İqtisadi qanunauyğunluğa görə, iri vergi ödəiciləri həm müəssisəyə gəlir gətirməli, həm də dövlət büdcəsinə vergi ödəməlidir. Hələ sosial məsuliyyəti dərk edib ölkədə həyata keçirilən sosial layihələrə dəstək olmalarını demirəm. Fakt isə ondan ibarətdir ki, iri vergi ödəyicilərinin mütləq əksəriyyəti dövlət büdcəsi hesabına fəaliyyətlərini qururlar. Belə müəssisələrdən biri də "Azərbaycanın Hava Yolları"dır (AZAL) ki, illər uzunu qurumun yarıtmaz fəaliyyəti medianın gündəmini zəbt edib. Sirr deyil ki, inhisarçılığı əldən verməyən AZAL hava məkanında uçiş biletlərin qiymətini diktə edir. Lakin fakt ondan ibarətdir ki, aviabietlərin qiymtərlərinin baha olmasının səbəbi tələbatın olması, rəqabətin olmaması, qiymət siyasətini şirkət tərəfindən  özbaşına müəyyn edilməsilə izah edilir. AZAL-ın inhisarçılığı o həddə çatıb ki, hətta ölkədə bir neçə aviaşirkət fəaliyyət göstəsə də onlar AZAL-la razılaşıb işləyirlər, əks halda daşıma fəaliyyətindən uzaqlaşdırıla bilərlər. Elə bu səbədən də AZAL heç vaxt sərnişin, müştəri problemi yaşamır. Üstəlik təyyarələri də AZAL üçün dövlət alır. Bütün bunlara baxmayaraq "Azərbaycan Hava Yolları" nın borclarının kəskin şəkildə artdığı bildirilir. Əslində AZAL-ın gəlirləri və xərcləri heç vaxt ictimaiyyətə açıqlnmayıb, birmənalı olaraq qurum maliyyə hesabatlarını gizlədir. Ali nəzarət qurumlarının apardığı yoxlamaların nəticələri də daim gizli saxlanır. Belə qeyri-şəffaf mühitdə AZAL-ın borclarının kəskin artmasına təəccüblənməmək lazımdır. Çünki, qeyri-şəffaflıq korrupsiya mühitinin ilk şərtidir. Xatırladaq ki,  Hesablama Palatasının hələ Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunduğuna görə, ötən il ərzində şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 milyon 312,1 min manat və ya 243 dəfə artaraq 11 milyon 358, 7 min manat təşkil edib.

Digər bir məlumata görə, 2018-ci ildə dövlət büdcəsindən AZAL-a 210 milyon manat vəsait ayırlıb. 2020-ci ilin əvvəlində isə 80 milyon manat dotasiya  verilib. Bütün bunun müqabilində  AZAL-ın ziyanla işləməsi hələ davam edir. Bunun müqabilində AZAL haray-həşir qoparır ki, guya şirkət ziyanla işləyir. Yeri gəlmişkən xatırladaq ki, qiymət bahalığına görə, Azərbaycandan uçmalı olan şərnişinlərin beşdə biri 2018-19-cu illərdə Gürcüstandan bilet alaraq Türkiyəyə uçmağa üstünlük vermişdilər. Ölkədə və dünyada pandemiya hökm sürməsinə baxmayaraq AZAL qiymətləri bahalaşdırır və istədiyi qiyməti diktə edir. Halbuki pandemiya dövründə dünyanın aviaşirkətləri müştəri cəlb etmək üçün endirimli uçuşlar həyata keçirirlər. Qeyd edək ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb. Bunun müqabilində AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti uzun müddət geri qaytarmayıb. Üstəlik Cahangir Əsgərov AZAL-ın işçilərinin iki aylıq əmək haqlarını qəsdən yubadıb, məqsəd ondan ibarət olub ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın. Məhz bu kimi amillərə nəzər alan ekspertlər hesab edirlər ki, şirkətdə idarəetmə sistemi tamamilə dəyişməlidir.

Qeyd edək ki, AZAL-ın qeyri-şəfaf fəaliyyəti prezident İlham Əliyevin də narahatçılığına səbə olub. Dövlət başçısı məlum müşavirədə bildirib ki,  AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır: "Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?" Ekspertlərin qənaətinə görə, ölkə başçısının səsləndirdiyi iradlarda həqiqət var. İllərdir büdcədən bu dövlət şirkətlərinə vəsait ayrılır, amma o vəsaitdən dövlətə hansısa gəlir daxil olmur. Yaranmış vəziyyətə dair büdcənin icrası ilə bağlı təhlillər aparılanda məlum olur ki, cənab Prezidentin adını çəkdiyi şirkərlət kreditləri dövlət zəmanətilə götürürlər, özlərinə lazımi avadanlıqlar, texnika alırlar, amma o kreditin qaytarılmasında çox böyük problemlər yaşanır. Belə halda şirkətin müəyyən xidmət və istehsal sahələrini özəlləşdirilməlidir ki, həm rəqabət mühiti formalaşsın, həm də kredit götürərkən dövlət zəmanəti olmasın. Əsas onurğa sütunu olan hissəni dövlətdə saxlamaq mümkündür. Buna nail olmaqdan ötrü AZAL-da struktur dəyişikliyi mütləq aparılmalı idi. Faktdır ki, AZAL rəsmi büdcədən ən çox dəstək, yardım alan, hətta vergi və kommunal borcları tez-tez silinən şirkətlərdəndir. Onun infrastrukturu-avadanlıqların alınmasından təmir işlərinə qədər hamısı dövlət büdcəsi hesabına təmin olunur. Məlumata görə, təkcə 2018-ci ilin nəticələrinə görə, AZAL 208 milyon zərərlə işləyib. AZAL-ın təyyarələrini dövlət alır, hava limanlarını dövlət tikir, dövlətdən yardım alır. Yeri gəlmişkən biletləri regionda bəlkə də ən baha AZAL satır, amma ziyanla işləyir. Bu onu göstərir ki, idarəetmə qeyri-şəffadır, xərcləmələr şişirdilir, korrupsiya hallarının olması çox yüksəkdir. Ümumilikdə iaə AZAL-ın fəaliyyəti qeyri-effektlidir.

Nəhayət prezident İlham Əliyevin  sərəncamı ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri- "Azərbaycan Hava Yolları",  "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətdə müşahidə şuraları yaradıldı. Qeyd edək ki, əsas dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləndən sonra həmin qurumlarda müşahidə şuralarının formalaşdırılması həyata keçirilir. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcəklər.  Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan müşahidə şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə həmin müəssisələrin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin 6 ay müddətində diaqnostikasını aparılacaq və növbəti 2 ayda onların yeni nizamnamə və strukturun layihəsi hazırlanacaq: "Göründüyü kimi, iri dövlət müəssisələrin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələr nəqliyyat sektorunda aparıcı qurumlardır. Bu baxımdan onların fəaliyyətinin daha səmərli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir."Azərbaycan Hava Yolları" (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olunmasıdır. Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir. Təbii ki, pandemiya dönəmində əcnəbi turistlərin sayı obyektiv səbəblərdən azalıb. Amma post-pandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır.  Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır. Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq".

Nurlan

Olaylar.az

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31