Ermənistanı ciddi iqtisadi fəlakət gözləyir

Ölkənin xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir

Azərbaycan 44 günlük müharibə dövründə Ermənistana elə bir sarsıdıcı zərbə vurub ki, artıq işğalçı dövlətin mövcudluğu sual altındadır. Belə ki, Ermənistanın hərbi məğubiyyəti onun iqtisadi çöküşü ilə nəticələnib. Hazıra işğalçı dövlətin iqtisadiyyatı tənəzzülə uğramaqla yanaşı, xarici borclarının həcminin də artması müşahidə olunur. Öz iqtisadiyyatının böyük hissəsini Dağlıq Qarabağ hesabına formalaşdıran Ermənistan artıq bu imkanlardan məhrum edilib. Heç şübhəsiz ki, Ermənistanın ağır iqtisadi vəziyyəti sosial və siyasi müstəvidə də özünü büruzə verir. Məhz bu səbədən ölkəni etiraz aksiyası bürüyüb, Ermənistanı tərk edənlərin sayı yüz minlərlə hesablanır. Ancq "özü yıxılan ağlamaz" deyiblər aqillər. Ermənistan dövlət kimi məhv olmaq yolunu özü seçib, bu ölkənin inkişaf prespektivləri Azərbaycandan asılı olduğu halda düşmənçilik mövqeyi sərgiləyib. Azərbaycana əsassız olaraq torpaq iddiası irəli sürən, üstəlik torpaqlarımızı illərlə işğal altında saxlayan Ermənistan nəticə etibarilə bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Bununla kifayətlənməyərək ölkəmizə qarşı yeni ərazi iddiasını nümayiş etdirərək hərbi təxribata əl atan Ermənistan özünə "qəbir qazmış oldu". Ermənistan silahlı qüvvələrinin hücumlarını dəf edən Azərbaycanın rəşadətli Ordusu  işğalçı ölkəni diz çökdürdü. Təsdüfi deyil ki, Prezident İlham Əliyev xalqa müraciətində qeyd edib ki, Ermənistan ordusu məhv edilib: "Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu. Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır".

Sözün həqiqi mənasında  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Bununla da uzun illərdən bəri beynəlxalq təşkilatların, eləcə də dünyanın güc mərkəzlərinin çözə bilmədiyi münaqişə ədalətli həllini tapdı. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Artıq işğldan azad olunmuş ərazilərimizdə yeni mərhələyə start verilir. Ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan yeni iqtisadi prespektivləri reallaşdırır. Millət vəkili Tahir Mirkişili qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi onun resurslarını istismar edən Ermənistan üçün çox böyük iqtisadi zərbədir: "Hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır. Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb: "Bu ilin yanvar-sentyabr aylarında - Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib. Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub". Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsinin nəticələri isə Ermənistan üçün ümumiyyətlə fəlakətlidir: "Belə ki, Ermənstanda 10 ən iri vergiödəyicilər arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər. Ermənisanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır. Yəni, Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib. Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki Hadrut, Fizuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məşrum oldular. Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi. "Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kəndsə erməni işğalından qurtulub. Ermənistanı çox çiddi iqtisadi fəlakət gözləyir. Bundan isə onları kimsə xilas edə bilməyəcək".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31